Çərşənbə axşamı, 07 May

Ucuz maşınlar satışda - "Hyundai Accent" - 4500 AZN - QİYMƏTLƏR

image

31 oktyabr tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Xəbər verilir ki, hərraca 14 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir:

S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
1 Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Musayev Adil 0505273216 BMW 530İ MİNİK 99AH906 2006 13000 1300
2 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Vəliyev Elçin 0775919494 TOYOTA AVALON MİNİK 10AA357 2008 12000 1200
3 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Vəliyev Elçin 0775919494 HYUNDAI ACCENT MİNİK 10JS727 2005 4000 400
4 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Vəliyev Elçin 0775919494 NİSSAN MAXİMA MİNİK 10PL911 2004 5000 500
5 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Vəliyev Elçin 0775919494 HYUNDAI ACCENT MİNİK 10JS737 2005 4500 450
6 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindəki "43 №-li Yol İstismarı" MMC Mehralıyev Fazil 0504569963 Ekskavator EO-33211 A 110FX656 2007 8000 800
7 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindəki "43 №-li Yol İstismarı" MMC Mehralıyev Fazil 0504569963 Yükləyici PK-27-03 K 110FX109 2008 3500 350
8 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İslamov Emin 0702581200 QAZ-33081-40 Yük 10AO481 2007 6500 650
9 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məmmədov Ramin 0777228222 Təkərli traktor MTZ-80 AZ 17T-203 1990 4000 400
10 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məmmədov Ramin 0777228222 Traktor yedəyi 2PTS-4-793 AZ 17Q-023 1992 1200 120
11 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qarayev Azər 0705922571 FİAT DUCATO xüsusi təyinatlı  10AO422i/o 2012 12000 1200
12 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qarayev Azər 0705922571 FİAT DUCATO xüsusi təyinatlı  10AO342i/o 2012 12000 1200
13 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qarayev Azər 0705922571 QAZ 3309-1354 XÜSUSİ TƏYİNATLI YÜK 10AO298 2010 7000 700
14 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qarayev Azər 0705922571 QAZ 3307-1012 Xüsusi təyinatlı  10AO527 2009 6500 650

Qeyd edək ki, nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.

Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1707)

 

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58